Böyrək xəstələrinin şikayətləri

Böyrək xəstələrinin şikayətləri
23:27 1 Noyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsində ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miqdarının, rənginin pozulması, ödemlər, baş ağrıları, baş gicəllənmədən şikayət edirlər. Bəzi xəstələr isə görmənin pozulması, iştahsızlıq, ürəkbulanma, qusma, hərarətin yüksəlməsindən narahat olduqlarının deyirlər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəzi hallarda böyrək xəstəlikləri uzun illər heç bir əlamət vermədən xəstəni incitmir. Belə hallarda böyrəklərin tədricən büzüşməsi baş verir və böyrək çatışmazlığı inkişaf etmir. Bu zaman xəstələr həkimə böyrək çatışmazlığı əlamətləri inkişaf etdiyi zaman müraciət edir.
Böyrək xəstlikləri zamanı xəstəni narahat edən əlamətlərdən biri də arterial təzyiqin olmasıdır. Arterial təzyiq böyrək xəstəlikləri zamanı böyrək damarlarında patologiyalar baş verdikdə olur.
Xəstədə böyrək daşı və hidronefroz olarsa, xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
- bel ağrıları
- böyrəkdə sancılar
- ürəkbulanma
- qusma
- sidiyin rənginin dəyişməsi.
Sidik kisəsinin xəstəlikləri özünü aşağıdakı əlamətlərlə göstərir:
- az-az sidiyə getmə
- tez-tez sidik gəlmə hissi
- uretranın qıcıqlanması.
Qlomerolonüfrit zamanı xəstələrin şikayətləri aşağıdakılardan olur:
- baş ağrıları
- ödem
- təngnəfəslik
- sidiyin miqdarının azalması
- çəkinin artması
- dizurik hallar
- arterial təzyiqin artması
- sidiyin rənginin "ət suyu" rəngdə olması.
Kəskin pielonefrit xəstəliyi özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- üşütmə
- tərləmə
- bel nahiyyəsində ağrılar
- dizurik hallar
- iştahsızlıq
- öyümə
- qusma
- əzələ-oynaq ağrıları
- baş ağrıları.
İntersistal nefritin əlamətləri:
- zəiflik
- halsızlıq
- tez yorulma
- bel nahiyyədə ağrı
- ağızda quruluq
- iş qabiliyyətinin azalması
- sidik ifrazı aktının tezləşməsi
- sidiyin miqdarının artması.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR