Boğazınız ağrıyırsa, bu çayları için - SİYAHI

Boğazınız ağrıyırsa, bu çayları için - SİYAHI
23:37 1 Noyabr 2016
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava soyuduqca xəstəliklər də artır. Asqırıq, öskürək, burun axıntısı çox olduğundan dəsmalı əlimizdən yerə qoymağa imkan olmur. Boğaz ağrısıyla gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından yararlana bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirməyə və boğazın yumşalmasına kömək olan bitki çayları iltihabı da aradan qaldırır.

Milli.Az lent.az-a istinadən boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.

Adaçayı
 
Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yapışan infeksiya və iltihabları aradan qaldırmağa kömək olur. Lakin uçucu komponentlərdən təsirli şəkildə faydalanmaq üçün dəmləmə texnikası də böyük əhəmiyyət daşıyır. 1 stəkan qaynamış suya 2-3 paket adaçayı əlavə edib, 10-15 dəqiqə ağzını bağlayaraq dəmləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.
 
Nanə çayı
 
Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırmağa kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq dayanmalısınız.
 
Nar qabığı
 
Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Narın qabığını qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan su əlavə edərək dəmləyin. 10 dəqiqə dəmlənəndən sonra içə bilərsiniz.
 
Qərənfil
 
Qərənfilin tərkibində olan ejenol adlı uçucu komponent boğazdakı yanmanı aradan qaldırır. Ağız, boğaz yolu infeksiyalarında isə antiseptik və ağrı aradanqaldırıcı xüsusiyyəti var. Hər gün içdiyiniz çaya qərənfil də əlavə edə bilərsiniz.
 
Biyan kökü
 
Tərkibində olan saponin tipli komponentlər boğazda yaranan bəlğəmi yumşaldır və  xaric olunmasına kömək edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edib, 15 dəqiqə dəmləyin, hər gün bir neçə dəfə içə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR