"Beşiktaş"ın üstünlüyü 4 dəqiqə çəkdi - YENİLƏNİR - FOTO

"Beşiktaş"ın üstünlüyü 4 dəqiqə çəkdi - YENİLƏNİR - FOTO
23:42 1 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

A qrupunda "Arsenal" Bolqarıstanda "Ludoqorets"lə qarşılaşacaq. Bu komandaların 2 həftə öncə Londondakı qarşılaşması "topçular"ın 6:0 hesablı qələbəsi ilə başa çatmışdı. London təmsilçisi səfərdə də 3 xal qazanaraq, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin etmək istəyir. Qrupun digər matçında isə PSJ "Bazel"in qonağı olacaq. Öz meydanında 3:0 hesablı qələbəyə sevinən parislilər bu matçın da favoriti hesab olunurlar.

Günün ən maraqla gözlənilən oyunları sırasında "Beşiktaş" - "Napoli" görüşü də var. Bu komandaların Neapoldakı oyununda qeydə alınan nəticə Türkiyə təmsilçisində özünəinam hissini bir qədər də artırır. Şenol Günəşin yetirmələri öz meydanlarında da yaxşı nəticəyə imza atmaqla, İtaliyadakı qalibiyyətin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar.

Turun mərkəzi qarşılaşması Mançesterdə keçiriləcək. İki həftə öncə İspaniyada darmadağınla (0:4) üzləşən "Mançester Siti" bu dəfə öz meydanında "Barselona" önünə çıxacaq. Xosep Qvardiolanın yetirmələri İngiltərə çempionatının X turunda "Vest Bromviç" üzərində qələbə qazanmaqla, "qara zolaq"dan çıxdılar. İspan çalışdırıcı sabiq komandası "Barselona"nı Mançesterdən əliboş yola salmaq niyyətindədi.

D qrupunda xal itkisi ilə üzləşməyən "Atletiko" bu tur "Rostov"u qəbul edəcək. Madrid təmsilçisi bu oyunda 3 xal qazanacağı halda, növbəti mərhələyə vəsiqəni vaxtından tez təmin edəcək. Qrupun digər matçında isə "Bavariya" Hollandiyada "PSV Eyndhoven"i sınağa çəkəcək. Münhen klubu da qələbə qazanaraq, 1/8 finalın qapısını vaxtından əvvəl açmaq arzusundadı.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

1 noyabr

A qrupu

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)

23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)

1.

Arsenal

3

2

1

0

9-1

7

2.

PSJ

3

2

1

0

7-2

7

3.

Bazel

3

0

1

2

1-6

1

4.

Ludoqorets

3

0

1

2

2-10

1

B qrupu

"Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Quaresma, 78 (pen.) - Hamşik, 82

23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

1.

Napoli

3

2

0

1

8-6

6

2.

Beşiktaş

3

1

2

0

5-4

5

3.

Benfika

3

1

1

1

5-5

4

4.

Dinamo K.

3

0

1

2

2-5

1

C qrupu

23:45. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

1.

Barselona

3

3

0

0

13-1

9

2.

Mançester S.

3

1

1

1

7-7

4

3.

Borussiya M.

3

1

0

2

3-6

3

4.

Seltik

3

0

1

2

3-12

1

D qrupu

23:45. "Atletiko" (İspaniya) - "Rostov" (Rusiya)

23:45. "PSV Eyndhoven" (Hollaniya) - "Bavariya" (Almaniya)

1.

Atletiko

3

3

0

0

3-0

9

2.

Bavariya

3

2

0

1

9-2

6

3.

PSV Eyndhoven

3

0

1

2

3-7

1

4.

Rostov

3

0

1

2

2-8

1

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR