Braziliyada dini mərasim zamanı mağara uçub: 10 nəfər həlak olub

Braziliyada dini mərasim zamanı mağara uçub: 10 nəfər həlak olub
23:57 1 Noyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT. AZ/ Braziliyanın mərkəzi hissəsində Müqəddəslər Günü münasibətilə keçirilən dini mərasimi zamanı Kaza-da-Pedra mağarasının uçması nəticəsində ən azı 10 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Globo" telekanalının saytında xəbər verilib.
Məlumata görə, hadisə zamanı mağarada ən azı 50 nəfər olub. Uçqunların altından qalmış insanların çıxarılmasıyla məşğul olan yanğınsöndürənlər iddia edirlər ki, ölənlərin sayı arta bilər.
Hadisə zamanı azı 4 nəfər xəsarət alıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Kaza-da-Pedra dünyanın bütün müqəddəsləri gününü qeyd edən xristianların ənənəvi toplaşdığı mağaradır. O, Santa-Mariya-de-Tokantis yaşayış məntəqəsindən 10 kilometr məsafədə yerləşir.
Dini mərasimin mağaranın girişində keçirilməsinə baxmayaraq, mərasimə gələnlərin çoxları dua etmək və şam qoymaq üçün mağaranın içinə girirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/braziliyada-dini-merasim-zamani-magara-ucub-10-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR