Rafael Ağayev: "Həyatda iki arzum olub: biri futbolçu olmaq, digəri filmə çəkilmək"

Rafael Ağayev: "Həyatda iki arzum olub: biri futbolçu olmaq, digəri filmə çəkilmək"
00:07 2 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Bu iki aktyordan biri Sinemlə baş rola çəkiləcək (23 May 2017 20:12)
Rafael Ağayev "Yuventus"dan dəvət aldı (17 May 2017 11:38)
"Qoca sinyora" Rafael Ağayevə dəvət yolladı (17 May 2017 11:17)

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın karate ürzə 5 qat dünya çempionu Rafael Ağayev brifinq keçirib. 
Təcrübəli idmançı "Report"un da suallarını cavablandırıb...
- Avstriyanın Lints şəhərində keçirilmiş dünya çempionatında hansı döyüşləriniz çətin və yaddaqalan oldu?

- Döyüşlərim çox çətin keçdi. İlk rəqibim macarıstanlı idi. Onunla son Avropa çempionatında 3-cü döyüşümdə üz-üzə gəlmiş və 1:0 hesablı qələbə qazanmışdım. Bu dəfə isə hesab 3:2 mənim xeyrimə oldu. Ümumilikdə 6 görüşümdə 2 xalı elə bu görüşdə buraxdım. Üçüncü görüşümdə ermənini məğlub etdim. Bu, həm asan, həm çətin, həm də məsuliyyətli idi. Döyüşə nəinki qələbə, hətta rəqibimi parçalamaq üçün çıxmışdım. Ən çətin görüş isə yarımfinalda oldu. Rəqib çox gənc yaşlarında olan iranlı idi. Son zamanlar elə gənc rəqiblərlə üz-üzə gəlirəm. Bu rəqibimi də 3:0 hesabı ilə yendim. Amma görüş başlayanda gözümdən zədə aldım. Demək olar ki, rəqibi iki görürdüm. Bu səbəbdən, məsafəni düzgün müəyyənləşdirə, rəqibi qarşılaya və ya hücum edə bilmirdim. Lakin qələbə qazanmağı bacardım. Bundan 3 gün sonra final görüşüm oldu. Həlledici qarşılaşmada misirli karateçi ilə qarşılaşdım. Ona 4:1 hesabı ilə qalib gəldim. Hesabda 0:1 geridə idim. Ancaq sonradan özümdə güc toplayaraq, qələbə qazanmağı bacardım. Bir daha nəinki hamıya, özümə də sübut edim ki, karatedə Rafael Ağayev var, yaş rol oynamır. İnsan həyatda nəsə istəsə, ona nail ola bilər. Çox xoşbəxtəm, çox sevinirəm. Qələbəmi Azərbaycan xalqına, ailəmə həsr edirəm. Düşünürəm ki, bundan sonra da qələbələrimiz olacaq. Dünən vətənə qayıtmışıq, bu gün istirahət edirəm, sabah yenidən məşqlərə yavaş-yavaş başlayacağam. Çünki mənə uduzan rəqiblər artıq məşq edirlər.

- İranlı döyüşçü ilə görüşünüzü həkimlər zədə üzündən dayandırmışdılar...

- Bəli. Döyüş başlayandan 15-20 saniyə sonra zədə aldım. Həkimlər döyüşü saxlamaq istədilər. Məndən soruşdular. Dedim ki, döyüşəcəyəm. Bundan sonra çətinliklə sonadək mübarizə apardım. Demək olar ki, görmürdüm. Ancaq yenə də güc topladım.

- Xarakter göstərdiniz...

- Əlbəttə! Fikrimcə, peşəkar idmançıda il növbədə, beyin, ağıl işləməlidir. İkinci ürək, üçüncü də kişi xarakrteri olmalıdır. Nəinki məndə, bütün millətimizdə bu xarakter var. Hər şey yaxşı olacaq.

- Hansı ölkəyə gedirsinizsə, orada Sizə xüsusi maraq olur. Qeyri-olimpiya növündə çıxış edən idmançıya bu qədər sevgi Sizi təəccübləndirmir?

- Düzü, "Bakı 2015" I Avropa Oyunlarının qalibi olandan sonra Azərbaycanda nisbətən tanınmışam. Buna qədər Avropada və dünyada daha çox tanınırdım, nəinki vətənimdə. Adi vətəndaşdan, xaricidən Rafael Ağayevi soruşanda məni tanıyırlar. Artıq Azərbaycanda da, dünyada da tanınıram. Bir tərəfdən xoşbəxtəm. Digər tərəfdən, üzərimə daha böyük məsuliyyət düşür. Hər yarışa daha yaxşı hazırlaşıb çıxış etməliyəm ki, düşmənlərimə danışmağa yol verməyim. Karatenin yaradıcısı Yaponiya məni dəvət edir ki, gedib orada dərs keçim. Bu, mənim üçün müsbət haldır, xoşbəxtlikdir. Qələbələrimiz bundan sonra da olacaq.

- Karatenin vətənində keçiriləcək növbəti olimpidiadada - "Tokio-2020"də qalib gəlmək çətin olacaq. Həm yaş, həm də fiziki hazırlıq sözünü deyəcək. Bu, çətinlik yaratmayacaq?

- Hələ ki yox. Dünya çempionatında 100 idmançıdan vur-tut 20-si zəif olur. Ancaq burada cəmi 10 idmançı olacaq. Onun da 2 lisenziyası artıq qazanılıb. Çünki biri ev sahibinə - Yaponiya idmançısına veriləcək. Digəri isə güzəştli kartla olacaq, ən zəif ölkələrdən birinə veriləcək. Həmin olimpiadaya lisenziya uğrunda mübarizəyə 2018-ci ildən sonra başlayacağıq. Düzdür, yaş öz sözünü deyir. Rəqiblər güclü olsa da, biz də hədiyyə deyilik. Çox idmançı istəyir ki, olimpiadada da iştirak etsin. Ancaq mən nəinki iştirak hüququ, hətta qızıl medal qazanmaq istəyirəm. Yəqin ki, bundan sonra idmanla vidalaşaram. Ancaq karate mənim həyatımdır. Son nəfəsimizədək karatedə qalacağıq.

- Xaricdə hansısa bir klubun üzvü olmaq fikriniz yoxdur ki, rəqabətə davam gətirəsiniz?

- Hazırda "Qəbələ" klubu ilə müqaviləm var. Dubaydan "Əl-Əhli" klubu istəyir ki, mənimlə müqavilə imzalasın, məni transfer etsin. Klub səviyyəsində dəyişiklik ola bilər. Ancaq təbii ki, yığmada Azərbacanı təmsil edirəm. Bir sirr də var ki, karate olimpiada proqramına düşəndən sonra bir ölkədən baş məşqçilik təklfii almışam. Ancaq hələ ki "yox" demişəm. Çünki vuruşuram.

- "Əl-Əhli"yə nə cavab vermisiniz?

- Gələn ay mənimlə görüşmək istəyirlər. Ancaq hələ görüşməmişik. Qarşıda seminarım var. Gedib-gələndən sonra qərarımı verəcəyəm.

- Cəlbedici təklifdir?

- Cəlbedici deyəndə ki təklifdir də. Yaxşı klubdur, orda da ən azı 2-3 dünya çempionu var. Bu barədə hələ fikirləşəcəyəm.

- Karyeranıza son qoymamışdan öncə filmə çəkilmək təklifi almamısınız?

- Əslində, filmdə iştirak etmək istəyirəm. Bu, öz istəyimdir. Həyatda iki arzum olubsa, biri futbolçu olmaq, digəri filmə çəkilməkdir. Hələ ki Azərbaycandan bu təklifi almamışam. Bir dəfə "Qorxma, mən səninləyəm-2'" filmində bir epizodda rol oynamışam. Bu yaxınlarda rejissorlardan belə təklif gələrsə, çəkilərəm.

- Beynəlxalq markalarla reklam müqaviləsi təklifi gəlibmi?

- "Adidas"la 2 illik müqaviləm var. Buna əsasən, hər yarışda onun geyimlərində oluram. Müqaviləni uzatmaqla bağlı yenidən təklif aldım. Fransada "Adidas"la müqaviləm var. Anlaşma 2 il də artırılsa, 4 illik olacaq.

- Onlar bu təklifə gedirlər?

- Bəli. Mən hələ finala çıxanda bu təklifi etmişdilər. Gələn ay müqaviləm bitir. Onlarla danışacağam. Yəqin ki, yanvarda müqaviləni uzadacağam.

- Deyəsən, Sizin sayənizdə "Adidas" bütün milli komanda ilə müqavilə imzalayıb...

- Bir ara belə oldu. İki yerdən müqavilə ilə bağlı təklif aldım. Biri "Arabaza", digəri İspaniyadan başqa firmadan. Ancaq imtina etdim. Çünki "Adidas"la müqaviləm var. 


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

24 May 2017 02:42

Ağcabədidə traktor yanıb

24 May 2017 02:36

İran saytında Bakı haqqında FOTOSESSİYA

24 May 2017 02:33

Küllücə tufliləri - FOTO

24 May 2017 02:32

Rusiyaya səfərini yarımçıq qoyacaq -

24 May 2017 02:32

28 May-Respublika Günü Tehranda qeyd edildi

24 May 2017 02:24

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

24 May 2017 02:12

ÜST-ə yeni rəhbər gəldi

24 May 2017 02:04

Ağcabədidə traktor yanıb

24 May 2017 01:54

Putin Filippin prezidenti ilə görüşür

24 May 2017 01:50

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

24 May 2017 01:47

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” -

24 May 2017 01:41

Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

24 May 2017 01:32

Ən məşhur moda şousunun qonaqları - FOTO

24 May 2017 01:32

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - FOTO/VİDEO

24 May 2017 01:28

"Mançester Yunayted" ulduz futbolçuya görə illik 14 milyonundan keçməyə hazırdı

24 May 2017 01:28

Quba sakinlərini hamamda boğub, cəsədlərini çaya atdılar - FOTO

24 May 2017 01:03

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb

24 May 2017 00:57

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

24 May 2017 00:49

Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

24 May 2017 00:47

Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

24 May 2017 00:42

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 00:37

Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

24 May 2017 00:26

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

24 May 2017 00:24

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

24 May 2017 00:23

Afaq, Nərgiz və Tolik Bodrumda dincəlir - FOTO

24 May 2017 00:12

Astroloji proqnoz - 24 may

24 May 2017 00:08

Əlidən etiraf: "Kaş ki..." - VİDEO

24 May 2017 00:05

Günün qoroskopu: əsəb sisteminizə çox yük düşür

24 May 2017 00:05

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

23 May 2017 23:57

Üz üçün “Minus 10" maskası

23 May 2017 23:57

Trampla çəkdirdiyi "selfi" israilli deputatın başına bəla oldu -

23 May 2017 23:56

Üç qız atası ilə evlənən 49 yaşlı xalq artistinin TOYUNDA NƏLƏR BAŞ VERDİ?

23 May 2017 23:53

Qarın bölgəsindəki pylərdən xilas edən içki

23 May 2017 23:52

Adams, Messi, Vardi... – Qanunsuzluğa əl atanlar

23 May 2017 23:52

Saçların yağlanmasına gətirən 6 səbəb

23 May 2017 23:47

Bu 3 dəstə İmam Zaman ağaya yardım edəcək

23 May 2017 23:42

"Barselona"nın sükanı arxasına keçəcək baş məşqçi hazırkı komandasından istefa verib

23 May 2017 23:37

Böyrək daşları və xalq təbabəti

23 May 2017 23:37

"Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildən tez özəlləşdirilməyəcək" - Nazir

23 May 2017 23:32

Məşhur gözəl Kann təqdimatında - FOTO

23 May 2017 23:32

Sevil-Sevinc bacıları maşınla vurduqları 87 yaşlı kişi haqda:

23 May 2017 23:31

Cocuq Mərcanlıda mina və qumbara tapıldı

23 May 2017 23:29

Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU

23 May 2017 23:27

Alman deputatlar Türkiyəyə getməkdən boyun qaçırdı

23 May 2017 23:23

Venesuelada etiraz aksiyası qurbanlarının sayı 55 nəfərə çatıb

23 May 2017 23:22

“Yasin” surəsi niyə Quranın qəlbidir?

23 May 2017 23:22

Zəvvarlarla dolu avtobus çaya düşdü - 22 ölü

23 May 2017 23:22

“VAZ” və “Opel” toqquşdu, yaralanan var

23 May 2017 23:19

Çiyələk yemək üçün 7 səbəb

23 May 2017 23:17