Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açır

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açır

Date: 2 November 2016 00:39

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açmağa hazırlaşır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə şirkətdən bildirib.

 

“Nümayəndə təyin edilib. Nümayəndəliyin qeydiyyatdan keçirilməsi başa çatmaq üzrədir”, - deyə RDY-dən bildirilib.  Nümayəndəlik açmaq qərarının İranda reallaşdırılacaq layihələrlə əlaqəli olduğu bildirilir.   

 

İrandakı nümayəndəlik RDY-nin rəsmi saytındakı müvafiq siyahıya əlavə edilib, lakin, hələlik heç bir ünvan və əlaqə nömrələri qeyd olunmayıb. Rusiya Dəmir Yollarının İrandakı  nümayəndəsi vəzifəsinə Yevgeni Çerepanovun təyin edildiyi bildirilir.   

   

Qeyd edək ki, RYD İranda Qarmsar – İncəburun dəmir yolunun elektrikləşdirilməsinə dair 1,2 mlrd. avro dəyərində layihə reallaşdırmaq niyyətindədir.  Layihə Rusiya hökumətinin ayırdığı kreditin hesabına maliyyələşdiriləcək.

 

Xatırladaq ki, RYD 2012-ci ildə İranda Təbriz-Azərşəhr dəmir yolunun elektrikləşdirilməsi layihəsini gerçəkləşdirib.


Tags:  Rusiya Dəmir Yolları İranda nümayəndəlik açır


RƏYLƏR


Top news