Qısa ətək geydiyinə görə “qamçılanan” iranlı qadın yenidən gündəmdə (FOTO)

Qısa ətək geydiyinə görə “qamçılanan” iranlı qadın yenidən gündəmdə (FOTO)
01:08 2 Noyabr 2016
240 Şou
Ölkə mətbuatı
A- A+

15 yaşında olarkən dostlarından birinin evində yığıncaqda qısa ətəkdə olduğu üçün 40 qamçı və 5 gün həbslə cəzalandırılan 35 yaşlı iranlı modelyer Tala Raassi yeni addımı ilə ölkə gündəminə düşüb.

Publika.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 20 il öncə yaşadığı pis günləri unutmayan gənc qadın ABŞ-a köçərək orda xəyallarını gerçəkləşdirib. Belə ki, o, “Dar Be Dar” adını verdiyi “kupalnik” kolleksiyası ilə ABŞ moda aləmində məşhurlaşıb.

“Müsəlman bir qadın olaraq çimərlik paltarı kolleksiyası hazırladığım üçün məni bir çox qalmaqallara ortaq etmək istədilər və insanlar düşünmədən məni tənqid etməyə başladılar. Mənə deyirlər ki, hansı cəsarətlə belə bir şey etmisən? O insanlar bilsin ki, mən “kupalnik” hazırlayıram, çünki bu işi sevirəm və moda dünyasında bu sahədə formalaşmaq istəyirəm.

Azadlıq nə geyim, nə də hər hansı bir hərəkətlə deyil, həyatda nə etmək istədiyinə dair seçimini etməkdir. Bir qadın çimərlik paltarı və ya burkini geyinsə, fərq etməz. Bu, sizin öz seçiminizdir və seçiminiz sizə güc verir”, - deyə T. Raassi “Mail Online”a verdiyi reportajda bildirib.

Qeyd edək ki, Tala Raassi 2010-cu ildə “Miss Universe” Gözəllik Müsabiqəsinin sponsoru olub və ABŞ-da böyük satış uğuru əldə edib. 2012-ci ildə “Newsweek” tərəfindən Hillari Klintonla “Dünyanın ən qorxusuz qadını” seçilib. Onun eyni ildə “Fashion is Freedom” (“Moda azadlıqdır”) adlı kitabı dərc olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/174388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR