26 yaşlı aktrisa Cennifer Lourens “Britannia Awards” mükafatlandırma mərasiminə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın tədbirə tək gəlməsi təəccüb doğurub.
Rejissor sevgilisi Darren Aronofskinin gecəyə gəlməməsi fərqli şayiələrin yaranmasına səbəb olub. Dəfələrlə paparatsilərin hədəfinə tuş gələn cütlük münasibətlərini gizlətməyə çalışır. Elə bu, Lourensin gecəyə tək gəlməsinin də əsas səbəbi kimi göstərilir.