VAZ və ev yandı

VAZ və ev yandı
02:59 2 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı və Ağstafa rayonlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin qabaq şiti və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Ağstafa rayonu, Aşağı Göycəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisinin tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR