Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz

Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz

Date: 2 November 2016 03:13

Dünyanın iri maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs Group Inc.”in hesabatına görə, OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatının azaldılması ilə bağlı razılaşma ehtimalı getdikcə azalır, əgər razılığa gəlinməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşa bilər.

Trend Sputnik-a istinadən xəbər verir ki, Goldman analitiklərinin hazırladığı hesabatda bildirilib ki, hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır.

Hesabatda deyilib ki, indiyədək razılığın əldə edilməməsi neftin qiymətlərini sərt bir şəkildə aşağı çəkib. OPEC ortaya inandırıcı bir razılaşma qoya bilməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşacaq.


Tags:  Goldman Sachs-dan neft ölkələri bədbin proqnoz


RƏYLƏR


Top news