ABŞ-dan Əsədə cavab

ABŞ-dan Əsədə cavab
05:14 2 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Suriya prezidenti Bəşər Əsədə dair mövqeyini dəyişməyib və hesab edir ki, ölkənin gələcəyində ona yer yoxdur.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

 

“Danışıqlar qeyri-müəyyən vaxta təxirə salınmayıb. Biz bu fikirlə razı deyilik. Bizim mövqedə heç bir dəyişiklik olmayıb. Biz Əsədi Suriyanın uzun müddətli gələcəyinin bir hissəsi kimi görmək istəmirik”, - deyə Kirbi qeyd edib.   

 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd bundan əvvəl üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.   

 

Suriya prezidenti, həmçinin, qeyd edib ki,  hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR