Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İndependent": İŞİD lideri hələ də Mosul ərazisindədir

"İndependent": İŞİD lideri hələ də Mosul ərazisindədir

Date: 2 November 2016 06:27

Bakı. 2 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi hələ də İraqın Mosul şəhəri ərazisindədir.
"Report"un məlumatına görə, bu barədə "İndependent" xəbər yayıb.
İraq Kürdüstanının rəsmisi Fuad Hüseyn nəşrə müsahibəsində bildirib ki, hökumət bir sıra informasiyalar əsasında Bağdadinin hələ də İraqda olduğunu güman edir. Onun sözlərinə görə, əgər terror qruplaşmasının rəhbəri öldürülsə, bu, İŞİD-in sonu olacaq.
Hüseyn qeyd edib ki, İŞİD rəhbərinin Mosulda olması şəhərin silahlılardan azad edilməsini yubada bilər. O, həmçinin qeyd edib ki, Mosulun azad edilməsi əməliyyatının sürəti bir çox faktorlardan, xüsusən silahlıların Tiqr çayı üzərindəki körpünü partlatmalarından asılıdır.
Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-də, gecə saatlarında başlayıb. İraqın hərbi qüvvələri və polisi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyasının dəstəyi ilə şəhər üzərinə güclü hücuma başlayıb.



Tags:  İndependent İŞİD lideri hələ Mosul ərazisindədir


RƏYLƏR


Top news