"Zidan düzgün yolu tapıb"

"Zidan düzgün yolu tapıb"
07:47 2 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in eks baş məşqçisi Fabio Kapello klubun hazırki hücum xətti barədə fikir bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis bunları deyib:

"Morata və Benzema arasında seçim etmək heç bir məşqçinin imtina etməyəcəyi bir dilemmadır. Fikrimcə, Zidan düzgün yolu tapıb. Start heyətində fransalı hücumçu çıxır, çünki Florentino Perezin sevimlisidir. Morata isə onu əvəzləyir və oyunların taleyini həll edir. Zidanın bu taktikası ən yaxşı variantdır. Nəticələr də onun haqlı olduğunu göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR