Bakıda binaların yaxın tikilməsinə SON - Məhəllələr yenidən qurulur (VİDEO)

Bakıda binaların yaxın tikilməsinə SON - Məhəllələr yenidən qurulur (VİDEO)
08:08 2 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 1 hektar ərazidən də kiçik sahədə qurulan məhəllələr var. Baxmayaraq ki, dünya şəhərsalma praktikasında ərazi planlaşdırma sənədi 1-5 hektar arasında olmalıdır.

Bu məhəllələrin çoxunda yerləşən əksər yaşayış, sosial və digər təyinatlı binalar, şəhərsalma və tikinti qanunvericiliyini pozmaqla yanaşı, həm qəzalı vəziyyətdədirlər, həm də şəhərin ümumi görnüşünə xələl gətirirlər.

Ancaq artıq belə olmayacaq. Nazirlər Kabinentinin 25 fevral 2016-cı il qərarı ilə pilot olaraq Bakının 9 rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi işi həyata keçirilir. Rayon İcra hakimiyyətləri tərəfindən investorlara məhəllələrin yenidən qurulması işi həvalə olunub. Yəni bu layihə dövlət büdcəsindən ayrılan vəsait hesabına yox, yaranmış əlverişli investisiya mühitində sahibkarların cəlb edilməsi fonunda həyata keçirilir.

İnvestorlar məhəllələrdə yerləşən binaları daha müassir olanları ilə əvəz etməklə yanaşı infrastruktur, sosial obyektlərin qurulmasına və abadlaşdırılmış həyət sahəsinin inşasına da cavabdehdirlər. Tikinti üçün maksimum 5 il vaxt verilir. Bu müddət ərzində tikintini həyata keçirən investor, bina sakinlərinin rahatlığını təmin etmək üçün onları yaşayış yeri ilə təmin etməlidir. Layihə çərçivəsində istismar müddətini başa vurmuş 1000-ə yaxın yaşayış binası söküləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR