Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İş yoldaşını qətlə yetirmiş avtobus sürücüsünün şikayəti əsasında məhkəməsi başlayıb

İş yoldaşını qətlə yetirmiş avtobus sürücüsünün şikayəti əsasında məhkəməsi başlayıb

Date: 2 November 2016 08:22

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.
Ürək nahiyəsindən bıçaq zərbəsi alan Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Tags:  yoldaşını qətlə yetirmiş avtobus sürücüsünün şikayəti əsasında məhkəməsi başlayıb

RƏYLƏR


Top news