Hindistanda baş vermiş yanğında 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Hindistanda baş vermiş yanğında 3 nəfər ölüb, 10 nəfər yaralanıb
08:22 2 Noyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Hindistanın paytaxtı Dehli şəhərində güclü yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şahdar rayonunun şərq hissəsində, avtomobil dayanacağında qeydə alınıb. Yanğın zamanı azı 3 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.
Hadisəyə qısaqapanma səbəb olub.Yanğın söndürülüb və yaralılar xəstəxanalara yerləşdirilib. 
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-bas-vermis-yanginda-3-nefer-olub-10-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR