Model Miranda Kerr "Elle" jurnalına müsahibə verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, başı yeni sevgi macərasına qarışan 33 yaşlı model boşandıqdan sonra yaşadığı çətinliklərdən danışıb:
"Əslində mən ağır depressiyaya düşdüm. Heç vaxt bu vəziyyətin dərinliyini anlamırdım, çünki hər zaman özümü xoşbəxt hiss etmişəm. Hər fikir sizə təsir edir və siz öz doğrularınızla hərəkət etməlisiniz. Zamanla öhdəsindən gəldim. Oğlumla vaxt keçirmək çox xoşuma gəlir. Yelləncəkdə onunla birgə yellənməyi belə sevirəm".
Qeyd edək ki, model aktyor Orlanda Blumla evli olub. O, hazırda 26 yaşlı milyarder Evan Şpigellə eşq yaşayır. Cütlüyün gələn il ailə həyatı qurması gözlənilir.
Milli.Az