Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ticarət mərkəzindən oğurluqda təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib

Ticarət mərkəzindən oğurluqda təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib

Date: 2 November 2016 08:42

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən Viktoriya Kotlyar barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etdiyini deyib.
Məhkəmənin qərarına əsasən, apellyasiya baxışına xitam verilib.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il iyunun 4-də Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb.
Araşdırma zamanı onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki, Viktoriya Kotlyar aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayevin pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsini, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədləri oğurlayıb.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Kotlyar 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Tags:  Ticarət mərkəzindən oğurluqda təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib

RƏYLƏR


Top news