Bakıda "qaçaq" işləyən bu təşkilata pulu KİM VERİR?

Bakıda "qaçaq" işləyən bu təşkilata pulu KİM VERİR?
09:27 2 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmi sənədlərdə fəaliyyəti təsdiqlənməyən və ya buna dəlalət edəsi bir qanuni dəstəvuz olmayan struktur işləyirsə, üstəlik onlarla insanın əməyindən bəhrələnirsə və bu əməyə də pul ödənirsə, deməli, iki variantdan biri göz qarşısındadır: ya heç bir vergi ödənilmədən ödənilən məbləğlər vasitəsilə işlər görülür, ya da əməyinin müqabilində pul alanlar həmin məbləğləri köçürmələr və ya bank hesablarına ödənişlər vasitəsilə əldə edirlər.

ABŞ və ya Avropa Birliyi ölkələrində hansısa şirkət, fond və ya qurum belə fəaliyyət göstərərsə, bütün hallarda qanunsuzluq sayılır. Qərbdə gəlirləri vergidən yayındırmaq ən ağır cinayətlərdən biridir və bu baxımdan bəhs etdiyimiz "yayınma" sxemini gerçəkləşdirənləri çox ağır cəza gözləyir.

Amma belə işlərlə "Azadlıq Radiosu/Azad Avropa" (RFERL) məşğuldursa, onda Qərb "demokratiyası"nın yazılmamış qanunları yazılmış qanunları üstələyir.

Çünki ortada hədəflər, geosiyasi maraqlar, marionet müxalifət təşkilatlarına və merkantil mənafelərinin təminatına çalışan "müxalifətçi"lərə yardımlar kimi "çox önəmli, demokratik məsələ"lər var. 

... 2005-ci ilin martın 29-u. Qırğızıstanda "lalələr inqilabı" kimi qələmə verilən dövlət çevrilişindən, prezident Əsgər Akayevin devrilməsindən cəmi 5 gün sonra "The New York Times" qəzetində "ABŞ Qırğızıstanda xalq inqilabına yardım etdi" başlıqlı məqalə dərc olundu.

Məqalədə deyilirdi ki, ABŞ Dövlət Departamentinin kontrolundakı iki quruma - "Milli Demokratiya Fonduna (National Endowment for Democracy, NED) və "Azadlıq/Azad Avropa" (RFERL) radiostansiyasının Qırğızıstandakı fəaliyyətinə 12,2 milyon dollar ayrılmışdı.

"Məhz "Azadlıq Radiosu" sayəsində biz Qırğızıstanın kütləvi informasiya vasitələrində demokratik mübarizənin aktivləşməsi görüntüsünü yaratmağa nail olduq və bu, radiostansiyanın önəmini bir daha göstərdi", - amerikalıların etirafıdır bu.

Qırğızıstandan sonra Ukrayna, Moldova, Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan - bir sözlə, postsovet məkanının ən müxtəlif ölkələrində "Azadlıq Radiosu" (RFERL) mövcud hakimiyyətə əks mövqedə duran qüvvələrin maliyyələşdirilməsi, həmin qüvvələrə siyasi, mediativ və təşkilati dəstəyin verilməsi istiqamətində aktiv istifadə olunur.

Fəqət Belarus, Rusiya və Azərbaycanda "Azadlıq Radiosu" qarşısına qoyduğu məqsədlərə, Vaşinqtonun fəaliyyət proqramının gerçəkləşdirilməsinə nail olmayıb. Səbəb rəsmi Minsk, Moskva və Bakının "söz və fikir azadlığına yardım" adı ilə müxalifətin ən radikal, aqressiv qisminin ABŞ-dan çeşidli yollarla, pərdələnmiş şəkildə maliyyələşdirilməsi kanallarının qapadılması oldu.

"Azadlıq Radiosu" son illərdə ABŞ-ın postsovet məkanı ölkələrinin daxili işlərinə "kütləvi informasiya vasitəsi" adı ilə müdaxilə alətinə çevrilməklə bahəm, belə müdaxiləni "adiləşdirib qanuniləşdirmək" vasitəsidir. 

Təsadüfi deyil ki, "Azadlıq Radiosu"nun seçdiyi mövzular, obyektivlik meyarı kimi qələmə verilən, amma ABŞ-ın xüsusi xidmət strukturlarının təqdim etdiyi məlumatlar əsasında hazırlanan kompromatlar olan araşdırma və təhqiqatların məcrası "Freedom House" təşkilatının bəyanatları ilə unison səslənir. Özünü "bütün dünyada azadlıq və demokratiyanın səsi" kimi tanıdan "Freedom House" 192 ölkə və 14 ərazinin "azad", "qismən azad" və "azad olmayan" təki dəyərləndirildiyi "Dünyada azadlıq" (Freedom in the World) hesabatı ilə məşhurdur.

Həmin hesabat açıqlanan kimi "Azadlıq Radiosu" tərəfindən yayılır, şərh və müzakirə edilir.

Azərbaycan, bəlli, "Azadlıq Radiosu" və "Freedom House" təşkilatını qane edən, razı salan ölkələr sırasında yer almadığından ölkəmizdə sürəkli olaraq mifik "siyasi qaçqın siyahı"ları tərtib olunur, sonra da radiostansiya və sözügedən qurum həmin siyahılara əsasən Bakını "dəyərləndirir".
"Azadlıq Radiosu" Azərbaycanda əvvəl radiotezliklərdən məhrum edilib, redaksiya möhürlənib, bu strukturda vergidən yayınma və külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi ilə bağlı istintaq hələ də davam edir - amma "Azadlıq Radiosu"nun saytı çalışır, intensiv rejimdə fəaliyyət göstərir.
İlk baxışdan paradoksdur: Azərbaycanda leqal fəaliyyət göstərməyən qurumun işçiləri var, onlar çalışırlar və belədirsə, maaş, yaxud qonorar alırlar.
Həmin işçilərin pullarını kim, necə, hansı yollarla verir?!

Suala cavab tapmaq çətin deyil.

Adətən, ABŞ-ın postsovet məkanı ölkələrinə, o cümlədən Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərindən bəhs olunanda media bir qayda olaraq qeyri-hökumət təşkilatlarının fəaliyyətinə diqqət ayırır. Lakin hakimiyyətlərin devrilməsi proqramının tərkib hissəsi formatını almış fəaliyyəti səciyyələndirəndə - məhz belə, çünki "Azadlıq Radiosu"nun tarixinə nəzər salmaq kifayətdir - əsas məqam yaddan çıxarılır.
Azərbaycanda fəaliyyəti qeyri-legitimləşən "Azadlıq Radiosu"nun saytının intensiv fəaliyyətinin sirri məhz maliyyə, ayrılan milyardlarla dollarlıq "pul seli"nin tərkibindəki "milyon dollarlıq axınlar"dadır.

"Azadlıq Radiosu"nun Azərbaycan və rus dili versiyalarına, yəni redaksiyalarına İlkin Məmmədov rəhbərlik edir. Azərbaycan vətəndaşı olan bu şəxs Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, 2008-ci ildən Praqada Azərbaycan xidmətində çalışır və ayrılan maliyyənin paylaşdırılması, qonorar və maaşların müəyyənləşdirilməsi ilə məşğuldur.

Sosial şəbəkələrdə aktivliyi Praqadakı mərkəzi ofisin rəhbərliyi tərəfindən "arzuolunmaz" sayılmış İlkin Məmmədov rəhbərliyinin ilkin dövrlərində sələfi Kənan Əliyevin "kambek"inə yol verməməklə məşğul idisə, son aylarda "Azərbaycan müxalifətinə, ölkədə demokratik institutların bərqərar olması və vətəndaş cəmiyyətinə dəstək" adı ilə Azərbaycanda hakimiyyət dəyişikliyinin reallaşdırılmasına - fərq etməz, silahlı qiyam, üsyan, kütləvi iğtişaşlar və xaos - yönəlmiş səylərin "bazisinin möhkəmləndirilməsi" ilə məşğuldur.

"Azadlıq Radiosu"nun fəaliyyəti, əslində, demokratiya kanonları ilə ziddiyyət təşkil edir. Nədən ki, rəsmi Bakını hədəfə alan, az qala bütün materiallarında, reportajlarında, şərh və xəbərlərində "Azərbaycanda vəziyyətin nə qədər pis olduğunu" vurğulamağa, yaşananlara sürəkli olaraq "tünd eynək"dən baxan bu sayt indiyədək bir dəfə olsun belə (!) müxalifət düşərgəsindəki çoxsaylı qrant qalmaqallarını, siyasi təşkilatların və xüsusilə də partiyaların hansı mənbələrdən maliyyələşdirildiyini, onillər boyu rəsmi olaraq heç bir yerdə işləməyən "vicdanlı, cəsarətli, iradəli və qətiyyətli müxalifət lider"lərinin hansı mənbələr hesabına gündəlik yaşamlarını təmin etdiklərini araşdırmayıb, heç bu istiqamətdə jurnalist təhqiqatları aparmağa cəhd də göstərməyib.

Azərbaycanda absurd "siyasi məhbus siyahı"ları ilə bağlı aqressivləşmiş müxalifətin bir yox, 3 siyahısının olmasını; bu siyahıların təsdiqlənməsi, yəni qrant qismində külli miqdarda vəsaitin alınması üçün bütün etik və mənəvi normaların unudulduğu biabırçı mübahisələrin, dartışmaların və davaların getdiyini "Azadlıq Radiosu" görməzdən gəlir.

Eyni zamanda, Azərbaycandakı radikal müxalifət partiyalarının liderlərinin təşkilata üzvlük biletlərini satışa çıxararaq bunu gəlir mənbəyinə çevirmələri, Avropa ölkələrində siyasi sığınacaq alan müxalifətçilərin artıq total əksəriyyətini belə "biletli" fırıldaqçıların təşkil etdiyini də "Azadlıq Radiosu" görmək istəmir.

Təsadüfi deyil ki, "Azadlıq Radiosu"nun Bakı bürosunun bağlanmasından sonra qanun qarşısında cavab vermək istəməyənlər Avropanın müxtəlif ölkələrinə qaçıblar: onların müvəqqəti yaşam statusu almaları isə Azərbaycanın istintaq orqanlarının işini çətinləşdirməklə yanaşı, "Azadlıq Radiosu"nun rəhbərliyi üçün də problemlər yaradıb.

İnanılması çətin olsa da, belədir: rəsmi Vaşinqton radionun Azərbaycan xidmətindəki maliyyə yeyintilərini etiraf edib və bu sahədə araşdırmalar aparır.

Amma bu barədə rəsmi açıqlama verilmir, çünki belə olarsa, Vaşinqton Azərbaycanda "demokratiyanı dəstəkləmək" adı ilə çirkin işlərə əl atdığını boynuna almış sayılacaq, 2014-cü ildə möhürlənmiş Bakı bürosunun Praqa ofisi vasitəsilə qeyri-qanuni maliyyələşdirilməsi faktının danılmazlığını təsdiqləyəcək.

Digər məqam "Azadlıq Radiosu"nun Azərbaycan redaksiyasının saytda rus versiyasının inkişafına xüsusi diqqət ayırmasıdır.
Əldə etdiyimiz məlumatlara görə, rus dilindəki versiyanın maliyyələşdirilməsini Praqa ofisi 2,6 dəfə artırıb və istisnasız olaraq bütün yazılar məhz Praqa ofisində redaktə ilə düzəlişlərə məruz qalandan sonra saytda yer alır.

Həmin yazıların leytmotivi həmişəki "Azərbaycanda hər şey pisdir" refrenidir.

"Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin fəaliyyətindəki yeni çalarlar da bəhs etdiyimiz nüanslarla bağlıdır. Belə ki, İlkin Məmmədov və onun başına topladığı şəxslər haqlarında Azərbaycan mediasında və sosial şəbəkələrdə dərc olunan istənilən formada, hətta ən cüzi gileylənmənin yer aldığı yazıları, xəbərləri və Facebook statuslarını toplayır, sonra bu "informativ məcmu"nu Praqa ofisinin rəhbərliyindəki 3 şəxsin elektron poçtuna, habelə NED, "Freedom House" və "Amnesty İnternational"a yollayaraq "məruz qaldıqları təqiblərin bariz nümunələri" kimi interpretasiya edirlər.

Bunu Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev da bir zamanlar könülsüz şəkildə etiraf etmişdi.

O Kənan Əliyev ki, başçılıq etdiyi kollektivdə ustacasına gerçəkləşdirilən "qiyam" və intriqalar nəticəsində vəzifəsindən kənarlaşdırılandan sonra uzun müddət "oyundan kənar" qalmışdı.

K.Əliyev indi "Azadlıq Radiosu" və "Amerikanın səsi"nin birgə layihəsi olan "Nastoyaşee Vremya"nın baş redaktorudur.

Dediyinə görə, "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin fəaliyyətindən "xəbəri" yoxdur və Praqadakı mərkəzi ofisdə "başqa işlərlə məşğuldur".
O işlərin özü də maraqlıdır.

Amma bu, ayrı mövzudur.

... Kiyevdəki Maydandakı olaylar zamanı ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland "aksiya barədə obyektiv məlumat əldə etmək" adı ilə oraya yollanmış, kütləvi aksiyanın ssenaridən kənara çıxmaması üçün zəruri təlimatlar vermiş, sonra da "demokratiya qəhrəmanları"na peçenye paylamışdı.

"Azadlıq Radiosu"nun Praqadakı mərkəzi ofisində də belə zarafat dolaşır: "Azərbaycanla bağlı peçenyelərin çoxunu, görən, kim alır?!"
Deyilənə görə, bu zarafatı radionun "qaçaq" Bakı bürosuna uzaqdan rəhbərlik edən İlkin Məmmədov heç sevmir...

Orxan Hun
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Şəbnəm Tovuzlunun ərinin görüntüləri...

25 Aprel 2017 22:44

Misirin Sinay yarımadasında minalanmış maşın partlayıb, ölənlər var

25 Aprel 2017 22:42

Meyvə və tərəvəzlərin soyulma qaydası

25 Aprel 2017 22:42

Təzə kartof nə ilə faydalıdır?

25 Aprel 2017 22:37

Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub

25 Aprel 2017 22:36

Su festivalı Qaxda

25 Aprel 2017 22:33

Britni Spirs hamilədir? - FOTO

25 Aprel 2017 22:32

İnstagram-ın yeni fitnes ulduzu - FOTO

25 Aprel 2017 22:32

Marsda naməlum varlıq tapıldı

25 Aprel 2017 22:29

Rusiya XİN-nin sözçüsü "seks-simvol" sayıldı - FOTO

25 Aprel 2017 22:27

“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN XƏBƏRDARLIQ

25 Aprel 2017 22:27

Bu sevgi hekayəsini oxuyan hər kəs ağlayır

25 Aprel 2017 22:26

Boşanan Anjelina Coli yenidən ana olur

25 Aprel 2017 22:22

Yatmazdan əvvəl hansı qidaları yemək olmaz?

25 Aprel 2017 22:22

Taekvondoçularımız Afinaya yollandı -

25 Aprel 2017 22:21

Dostlarla, rəfiqələrlə, qohumlarla görüşərkən öpüşmək orucu pozarmı?

25 Aprel 2017 22:17

Putinin agenti, yoxsa “sülh mələyi”? - Ölkəni dağıdan ƏSAS SİMA

25 Aprel 2017 22:13

Məşhur aparıcı Dominikanda dincəlir - FOTO

25 Aprel 2017 22:12

Tovuzda məmurun qətli: qatilin gizlətdiyi pul torbası və qanlı paltar tapıldı

25 Aprel 2017 22:12

Rusiyanın öhdəsindən gəlmək mümkündür

25 Aprel 2017 22:12

Quranda Allahın əlindən danışılır: bunun izahı nədir?

25 Aprel 2017 22:12

Bacısını namus üstündə qətlə yetirdi - TƏFƏRRÜAT

25 Aprel 2017 22:12

Rusiya Suriyada hakimiyyət dəyişikliyinə imkan verməyəcək

25 Aprel 2017 22:12

ATƏT-in baş katibi: "İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb"

25 Aprel 2017 22:07

Biznes üçün uğurlu komanda yaratmağın yolları

25 Aprel 2017 22:05

İtalyan gözəldən "Beşiktaş" fanatlarına təşəkkür - FOTO

25 Aprel 2017 22:05

DGK: “Sınıq Körpü”də dava düşməyib, heç kim döyülməyib

25 Aprel 2017 22:04

Əl-ələ vəfat etdilər

25 Aprel 2017 22:04

Bu qidalar sizi 10 il cavanlaşdıracaq

25 Aprel 2017 21:57

Azərbaycanda maaşlar 1 manat artdı – RƏSMİ

25 Aprel 2017 21:57

Allahın ən yaxşı zikri – təsbihdir

25 Aprel 2017 21:57

Samuxda NAMUS ÜSTÜNDƏ QƏTL - "Bacımın əxlaqsız hərəkətlərindən cana doymuşdum"

25 Aprel 2017 21:53

Rəcəb ayının dualarında ortaq məqam

25 Aprel 2017 21:52

6,9 ballıq zəlzələ... -

25 Aprel 2017 21:52

Peterburq metrosundakı partlayış: “İmam Şamilin batalyonu” etiraf etdi

25 Aprel 2017 21:47

Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

25 Aprel 2017 21:47

Sankt-Peterburqda metro bağlandı

25 Aprel 2017 21:46

Rus əsgəri öldürən erməni həbs olundu

25 Aprel 2017 21:44

Nazirin sözçüsü seks simvol elan edildi - FOTOLAR

25 Aprel 2017 21:43

İmmun sistemini gücləndirən kahının daha hansı faydaları var?

25 Aprel 2017 21:42

Tolstoydan ürəyimizə işıq salacaq 21 AFORİZM

25 Aprel 2017 21:37

Müğənni sevgilisi ilə tropik kurortda - FOTO

25 Aprel 2017 21:32

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

25 Aprel 2017 21:31

Kreml Kiyevin “hədiyyə”sini qəbul etdi - Donbasın ilhaqında NÖVBƏTİ ADDIM

25 Aprel 2017 21:28

"Almaniya XİN rəhbəri ilə görüşməyəcəm, çünki..." - Netanyahu

25 Aprel 2017 21:27

Hansı dində fahişəlik müqəddəs hesab olunurdu?

25 Aprel 2017 21:27

Milyonçu olmaq istəyirsinizsə... -

25 Aprel 2017 21:27

Peterburqdakı partlayışı "Əl Qaidə" törədibmiş

25 Aprel 2017 21:24

Sübh saatlarında evinizin havasını dəyişməyin

25 Aprel 2017 21:22

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO

25 Aprel 2017 21:22