Lionel Messi Çempionlar Liqası matçından sonra hücuma məruz qalıb

Lionel Messi Çempionlar Liqası matçından sonra hücuma məruz qalıb
09:32 2 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin görüşündən sonra İngiltərənin "Mançester Siti" klubunun futbolçuları tərəfindən təhqirlərə məruz qalıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, hadisə argentinalı hücumçu "Etihad" stadionunun paltardəyişmə otağının tunelinə girərkən baş verib.
"Şəhərlilər"də çıxış edən həmyerlisi Serxio Aqüeronun müdaxiləsindən sonra insident aradan qalxıb.
Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/lionel-messi-cempionlar-liqasi-matcindan-sonra-hucuma-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR