Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sevgilisini qətlə yetirən şəxsin cinayət işində YENİLİK

Sevgilisini qətlə yetirən şəxsin cinayət işində YENİLİK

Kiyevdə sabiq deputatı öldürən xəstəxanada keçindi - VİDEO (23 Mart 2017 21:17)
Rusiyanın eks-deputatının qatili xəstəxanada öldü (23 Mart 2017 20:19)
15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA (16 Mart 2017 14:22)

Tarix: 2 Noyabr 2016 09:34

Bakıda 22 yaşlı qızı qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, cinayət işi Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş həmin məhkəmənin hakimi Samir Əliyevin icraatına verilib.

 

Qətl bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.


Teqlər:  Sevgilisini qətlə yetirən şəxsin cinayət işində YENİLİK



RƏYLƏR


Top xəbərlər