“Bank VTB (Azerbaijan)” Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verəcək

“Bank VTB (Azerbaijan)” Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verəcək
09:37 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın “Bank VTB” ASC-si Azərbaycandakı törəməsi “Bank VTB (Azerbaijan)” ASC-ə bu il əlavə 110 mln. manat pul qoyub. “Report” xəbər verir ki, bu barədə Bankın vitse-prezidenti, həm də İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.
Onun sözlərinə görə, bu vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi ilə qoyulub və lazım gələrsə, əlavə pul qoyuluşu da həyata keçiriləcək.
“Bank VTB” rəsmisi qeyd edib ki, hazırda təmsil etdiyi maliyyə qurumu əsasən Azərbaycan və Rusiya şirkətlərini müştəri kimi cəlb etmək barədə düşünür: “Özəl sektorda, orta bizneslə məşğul olanlar dövriyyəsi 10-15 mln. dollar olan sahibkarlar hədəfimizdir”. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-vtb-azerbaijan-azerbaycanda-orta-biznese-destek-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR