Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir
09:42 2 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Сavab tədbirləri nəticəsində düşmən susdurulub.
Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-mudafie-nazirliyi-ermeni-terefi-cebhede-veziyyeti-meqsedyonlu-sekilde-gerginlesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR