Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

76 yaşlı qadını stakanla öldürən şəxslərin məhkəməsi başlayıb

76 yaşlı qadını stakanla öldürən şəxslərin məhkəməsi başlayıb

Qubada 84 yaşlı qadını iplə boğaraq öldürən şəxsin məhkəməsi başlayıb (13 Mart 2017 12:47)
103 manata görə qoca qarını öldürən gənc MƏHKƏMƏDƏ (13 Mart 2017 12:44)
ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar FOTO (10 Fevral 2017 14:13)

Tarix: 2 Noyabr 2016 09:49

Bakıda tamah məqsədilə 76 yaşlı qadını stəkanla öldürməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, daha sonra isə apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Proses noyabrın 15-nə təyin edilib.

 

Qeyd edək ki, bu ilin aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətlər olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirildiyi müəyyən edilib və onlar tutulublar. Vüsal İsayev və Şəmsi Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı təhvil veriblər. Məlum olub ki, qonşusu Vüsal İsayev və Şəmsi Məhərrəmov Nelli Sultanovanı stəkanla qətlə yetirib. Vüsal İsayev stolun üstündəki stəkanı götürərək Nelli Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal İsayev 20 il və Şəmsi Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.


Teqlər:  yaşlı qadını stakanla öldürən şəxslərin məhkəməsi başlayıb



RƏYLƏR


Top xəbərlər