“Yuventus” “Lion”u, “Borussiya” “Sportinq”i qəbul edir - YENİLƏNİR

“Yuventus” “Lion”u, “Borussiya” “Sportinq”i qəbul edir -   YENİLƏNİR
09:57 2 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.


“Sportinq”i  qəbul edən “Borussiya” qələbə qazanacağı halda, 1/8-ə vəsiqəni vaxtından əvvəl təmin edəcək. Eyni sözü Polşada “Legiya” ilə qarşılaşacaq “Real”a da şamil etmək olar. Ancaq Madrid klubu üçün dortmundluların da 3 xal əldə etməsi zəruridir.


“Lester” isə qalib gəlib, “Brügge”nin “Porto”ya yenilməməsinə ümid etməlidir. “Yuventus”un taleyi isə öz əlindədir. “Qoca sinyora” “Lion”u məğlub etsə, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl qazanacaq. “Sevilya” isə Zaqreb “Dinamo”suna qalib gəlməklə, 1/8 finala yüksələ bilər.



 

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

2 noyabr

 

E qrupu

23:45. “Monako” (Fransa) – MOİK (Moskva, Rusiya)

23:45. “Tottenhem” (İngiltərə) – “Bayer” (Almaniya)

 

1. Monako 3 1 2 0 4-3 5

2. Tottenhem 3 1 1 1 2-2 4

3. Bayer 3 0 3 0 3-3 3

4. MOİK 3 0 2 1 3-4 2

 

F qrupu

23:45. “Borussiya” (Dortmund) – “Sportinq” (Portuqaliya)

23:45. “Legiya” (Polşa) – “Real” (Madrid, İspaniya)

 

1. Borussiya D. 3 2 1 0 10-3 7

2. Real M. 3 2 1 0 9-4 7

3. Sportinq 3 1 0 2 4-4 3

4. Legiya 3 0 0 3 1-13 0

 

 

G qrupu

23:45. “Kopenhagen” (Danimarka) – “Lester” (İngiltərə)

23:45. “Porto” (Portuqaliya) – “Brügge” (Belçika)

 

1. Lester 3 3 0 0 5-0 9

2. Kopenhagen 3 1 1 1 5-2 4

3. Porto 3 1 1 1 3-3 4

4. Brügge 3 0 0 3 1-9 0

 

 

H qrupu

23:45. “Sevilya” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:45. “Yuventus” (İtaliya) – “Lion” (Fransa)

 

1. Yuventus 3 2 1 0 5-0 7

2. Sevilya 3 2 1 0 2-0 7

3. Lion 3 1 0 2 3-2 3

4. Dinamo Z. 3 0 0 3 0-8 0

 

Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yuventus-lionu-borussiya-sportinqi-qbul-edir-t53823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR