Tolik əsəbiləşdi: "Neyləyək? Tualetə getməyək?"

Yaşadığı Xırdalan şəhərində işıqların tez-tez kəsilməsi Toliki özündən çıxarıb.

"Azərişıq"ı günahlandıran prodüser ağzını açıb, gözünü yumub:

"Mən Xırdalanda ən yaxşı kompleksdə yaşayıram. Hər şey yaxşıdır. Amma bu Xırdalana köçəndən əsəblərim korlanıb. Bu Azərişıq hara baxır?

Ay başına dönüm, həftədə 3 dəfə işığı kəsməzlər axı. Bəsdir pulları yeyib, ucuz kabellər çəkdirdiniz. İki gündən bir Xırdalanda filan yer partlayıb nə bilim nə olub. Neyləyək? Tualetə getməyək? Əl-üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizdə yoxdur. Həvəsdir, bəsdir. Qabaqdan qış gəlir. İki gün yağış yağdı, Xırdalanı su apardı, işıqlar kəsildi.

Nə bilim az qaldı dünyanın axırı çatsın. Daha susmayacağam, hər dəfə belə olanda yazacağam". (big.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR