Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şenol Günəş: "Qrupdan çıxmaq şansımız davam edir"

Şenol Günəş: "Qrupdan çıxmaq şansımız davam edir"

Date: 2 November 2016 10:12

"Qrupdan çıxmaq şansımız davam edir. Qələbə qazansaydıq, şansımız daha çox olacaqdı. Birinci qolu rəqib də vura bilərdi. Ancaq hesabı açdıqdan sonra qol buraxacağımızı gözləmirdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə oyundan (1:1) sonra deyib.

O, favorit rəqiblə oyunda 4 xal qazandıqlarını bildirib:

"Doğma meydanda məğlub edə biləcəyimiz "Dinamo" ilə oyunda 2 xal itirdik. "Benfika"ya da qalib gələ bilərdik. Çempionlar Liqasında təcrübəsiz olmağımıza baxmayaraq  futbolçularımın oyunundan məmnunam. Qalan iki matçda nələrin olacağını bilmirəm".

Milli.Az


Tags:  Şenol Günəş Qrupdan çıxmaq şansımız davam edir

RƏYLƏR


Top news