Sabunçuda "Eyfel" tikirsiniz? - FOTO

Sabunçuda "Eyfel" tikirsiniz? - FOTO
10:17 2 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ 4 ay öncə - 15 iyul tarixində "Azəravtoyol" ASC-dən: "Artıq Sabunçu rayonu Şəhər şossesində, daha dəqiqi, "Sabunçu körpüsü"ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verilib" xəbəri bir çox aparıcı xəbər portalları tərəfindən geniş işıqlandırıldı. 

Artıq ili başa vurmağa çox az bir vaxt qalmasına rəğmən sərnişin və sürücüləri "cana yığan" yola nəinki bir əncam çəkildi, əksinə, "qaş düzəltdikləri yerdə göz çıxartdılar". Günün 2/3 hissəsində sıxlıq müşahidə olunan yolun dərdi bitmək bilmir ki, bilmir. Qurumun mətbuat xidmətinin aylar öncə verdiyi məlumat gözdən pərdə asmaqdan başqa bir şeyə bənzəmədi. Yayda yerüstü keçidin beton konstruksiyası tökülsə də, üzərində keçidin quraşdırılması prosesi aylardır bitmək bilmir. Bəlkə, mən səhv edirəm: burada Eyfel qülləsi "yığılır"? 5 zolaqlı yolun kəsişmə hissəsinə keçidə dayaq məqsədi ilə beton "verildikdən" sonra 2 zolaq ensizləşən yolda hər gün yeni bir macəra...

Yoxsa burada Sabunçunun "köpüksüz" imicini dəyişəcək əsl memarlıq abidəsi inşa olunur?!

Avqustun 26-da Türkiyə dünyanın ən uzun körpüsünün - Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən "Yavuz Sultan Səlim" adını daşıyan asma körpünün açılışını etdi. Bu, 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "asma körpü"dür. Tikintisi 3 ilə başa gəlib. Bəs bizə ümumi uzunluğu 40 metr olan yerüstü keçidin inşasını başa çatdırmağa nə mane olur?! Hələ dərslər açılmamışdı, yollarda bir o qədər sıxlıq müşahidə olunmurdu və hava inşaat işləri üçün əlverişli idi. 

Yoxsa, 4 ay bir yerüstü keçidin inşası üçün çoxmu az oldu? Bəs hər gün bu və əks istiqamətdən istifadə edən sərnişinlərin, sürücülərin "çəkdikləri" nə ilə kompensasiya ediləcək?!

Təhməz Təkin

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR