Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO

Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO
10:27 2 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

1 noyabr 2016-cı il tarixində Vaşinqton şəhərinin Kiçik və yerli biznes inkişafı departamentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində ABŞ-ın paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə cari ilin 15-16 sentyabr tarixində ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərlə yanaşı, bu ölkənin Ticarət Nazirliyi, Vaşinqton şəhəri merinin ofisi və Kiçik və yerli biznes inkişafı departamentinin nümayəndələri iştirak etmişlər.

Görüşdə ilk olaraq, paytaxt Vaşinqtonun Kiçik və yerli biznes inkişafı departamentinin Beynəlxalq proqram üzrə meneceri Conatan Bredi qeyd olunan ticarət missiyasının səfəri barədə təqdimat etmiş, səfər çərçivəsində İqtisadiyyat, Təhsil və Mədəniyyət və Turizm Nazirlikləri, ADA Universiteti və AZPROMO-da, eləcə də potensial biznes tərəfdaşları ilə keçirdikləri görüşlərdən söz açmışdır. O, həmin görüşlərdə tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları, ticarət, şəhərsalma, turizm, təhsil sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair faydalı müzakirələr aparıldığını vurğulamışdır. C.Bredi Azərbaycanda səfərdə olduqları zaman gördüklərinin, xüsusilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin, paytaxt Bakı ilə bərabər, regionlarda aparılan işlər və yaradılmış infrastruktur imkanlarının onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını demişdir. O, eyni zamanda, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini söyləmişdir. Qeyd edilməlidir ki, Şəkinin tarixi və Qəbələdə son dövrlər yaradılan müasir turizm infrastrukturu qonaqlarda böyük təəssürat yaratmış, Bakı ilə yanaşı, regionların turist marşrutlarına daxil edilməsi tövsiyə edilmişdir.

Görüşdə çıxış edən səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat vermiş, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda, o, Azərbaycanın iştirakı ilə regionumuzda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışmış, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirmişdir. Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu söyləmiş və tarixi İpək Yolun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd etmişdir. Həmçinin, bu gün bölgənin iqtisadi, siyasi mərkəzi olan Azərbaycanın dünyanın turizm mərkəzinə çevrilməsi üçün böyük imkanların olduğunu deyən səfir son dövrlər ölkəmizə gələn turistlərin sayının nəzərə çarpan səviyyədə artığını söyləmişdir.

Azərbaycanlı diplomat xüsusilə ölkəmizin əksər neft ixrac edən dövlətlərdən fərqli olaraq, Azərbaycan üçün enerji sənayesinin yeni bir fenomen olmadığını, Azərbaycanın neft sənayesinin iki əsrə yaxın tarixi olduğunu, hətta dünyada ilk neft quyusunun ölkəmizdə qazıldığını diqqətə çatdırmış və məhz Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, ölkə başçısının uzaqgörən strategiyası nəticəsində neftdən gələn gəlirlərin bütöv region və Azərbaycanda infrastruktur və qeyri-neft sektorunun inkişafına yönləndirildiyini vurğulamışdır. Bildirilmişdir ki, hazırda neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əsas infrastruktur layihələri öz bəhrəsini verməkdədir.

Vaşinqton şəhəri merinin ofisinin Protokol və beynəlxalq əlaqələr üzrə direktoru Patrisiya Elvud tədbirdə çıxış edərək, Azərbaycana baş tutmuş ticarət missiyasının ümumilikdə Bakı ilə Vaşinqton arasında müxtəlif sahələrdə təmasların qurulması və əməkdaşlığın təşviqi baxımından səmərəli olduğunu və bunun gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildirmişdir.

Milli.Az









RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BDU-da “İblislə 20 gün” təqdim olundu - FOTO

26 May 2017 15:58

"Neftçi"də təfəkkür islahatı getməlidi" - VİDEO

26 May 2017 15:57

Bütün həyətlərdə bitir

26 May 2017 15:57

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

26 May 2017 15:52

Yaqub Zurufçu ikinci ailəsi ilə - VİDEO

26 May 2017 15:52

Məşhur müğənnini İLAN SANCDI - FOTO

26 May 2017 15:48

​Köhnə evin altından GİZLİ OTAQ çıxdı

26 May 2017 15:48

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik aşkarlanıb

26 May 2017 15:47

Müğənni Damlanın Rusiyada başına İŞ GƏLDİ: "Məni 90 gün..."

26 May 2017 15:43

"Götürülən heykəlləri dağıdıb materialını satdılar" - Ömər Eldarov - FOTO

26 May 2017 15:42

"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina yığmasına dəvət alıb

26 May 2017 15:42

Əfsanəvi futbolçunun qızı oteldə: əvvəl xəyanət, indi isə... - FOTO

26 May 2017 15:42

Məşhur müğənnini ilan sancdı

26 May 2017 15:39

Poroşenko İlham Əliyevi Ukraynaya dəvət etdi

26 May 2017 15:38

Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək

26 May 2017 15:37

BDU-nun IV kurs tələbəsinin kitabı təqdim edilib

26 May 2017 15:36

“Ağıllı” parça istənilən düz səthi sensora çevirir

26 May 2017 15:35

“Sony” şirkəti “Premium Standard” sinifli smartfonların buraxılışından imtina edəcək

26 May 2017 15:35

Uşaq serebral iflicinin effektli müalicə üsulu - VİDEO

26 May 2017 15:33

Şəkidə Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi bitib

26 May 2017 15:32

Dələduzluqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

26 May 2017 15:32

"Toy bu gün mədəniyyətsizliyi təbliğ edir"

26 May 2017 15:29

​Ramazan ayının 12-ci gününün duası

26 May 2017 15:28

Azərbaycan yığmasının voleybolçusu Türkiyədə əməliyyat olunub

26 May 2017 15:27

Rusiyalı məşhurlar Xəyyamın toyunda - VİDEO - FOTO

26 May 2017 15:27

​Ramazan ayının 11-ci gününün duası

26 May 2017 15:25

​Ramazan ayının 10-cu gününün duası

26 May 2017 15:23

​Ramazan ayının 9-cu gününün duası

26 May 2017 15:22

Ramazan ayının 8-ci gününün duası

26 May 2017 15:20

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq? - VİDEO

26 May 2017 15:18

​Ramazan ayının 7-ci gününün duası

26 May 2017 15:18

Petro Poroşenko Azərbaycan Prezidentini Ukraynaya dəvət edib

26 May 2017 15:17

“Qoşadaş” sahəsində 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub

26 May 2017 15:17

"Özəl təbrik olmadı, ağladım" - FOTO

26 May 2017 15:17

Bu fotosuna yazılan şərh Arda Turanı coşdurdu

26 May 2017 15:17

SONA QƏDƏR İZLƏYİN: Azərbaycanda "ölü" dirildi

26 May 2017 15:17

Petro Poroşenko: Azərbaycan qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir

26 May 2017 15:15

Bülent Ersoyu ilan vurdu - FOTO

26 May 2017 15:12

Azərbaycanlı sevgilisi evlilik verilişinə qatılan Əlini pərt etdi - VİDEO

26 May 2017 15:12

"Milan"ın sabiq futbolçusu komandaya baş məşqçi kimi qayıdıb

26 May 2017 15:12

Nazir: "Ruhaninin prezident seçilməsi ölkəyə..."

26 May 2017 15:12

Damla ruslara pul ödəyib

26 May 2017 15:10

Batumidə 28 may - Respublika Günü qeyd olunub

26 May 2017 15:08

"Gecə idi, görmədim" - "06" inəyi vurub öldürdü - VİDEO - FOTO

26 May 2017 15:05

Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb

26 May 2017 15:02

Azərbaycan tütün idxalını 12% artırıb

26 May 2017 15:02

İsti havalarda sərinlədəcək çiyələkli limonad içkisi

26 May 2017 14:58

Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

26 May 2017 14:57

Bakıda şərikinə qarşı 100 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub

26 May 2017 14:57

“Bozbash Pictures”dən daha bir evlilik xəbəri

26 May 2017 14:55