“Bank VTB (Azerbaijan)” sahibkarlara güzəştli kredit vermək niyyətindədir

“Bank VTB (Azerbaijan)” sahibkarlara güzəştli kredit vermək niyyətindədir
10:27 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)”ın gələcək planlarına İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq çərçivəsində güzəştli kreditlər vermək daxildir. “Report” xəbər verir ki, bu barədə Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.
Onun sözlərinə görə, hazırda təmsil etdiyi maliyyə qurumunun Azərbaycandakı törəməsinin verdiyi biznes kreditlərinin 60%-i özəl sektora ünvanlanıb: “Buna görə hesab edirik ki, biz SKMF-nın bizə ayıracağı vəsaitləri asanlıqla reallaşdra bilərik”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-vtb-azerbaijan-sahibkarlara-guzestli-kredit-vermek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR