Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Maştağada qətl törədən şəxs məhkəmə qarşısında

Maştağada qətl törədən şəxs məhkəmə qarşısında

103 manata görə qoca qarını öldürən gənc MƏHKƏMƏDƏ (13 Mart 2017 12:44)
Bakıda bir ay əvvəl qətl törətmiş şəxs tutulub (13 Mart 2017 12:37)
Sərxoş vəziyyətdə atasını öldürən oğul MƏHKƏMƏ QARŞISINDA (09 Mart 2017 11:19)

Tarix: 2 Noyabr 2016 10:34

Qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış noyabrın 8-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində qeydə baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəhriyar Abbasquliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Qətlə yetirilən İlham Ağayev qumarbaz olub.


Teqlər:  Maştağada qətl törədən şəxs məhkəmə qarşısında



RƏYLƏR


Top xəbərlər