“Qarabağ” və “Qəbələ”nin qazancı açıqlandı

“Qarabağ” və “Qəbələ”nin qazancı açıqlandı
10:38 2 Noyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak etmiş klubların qazancı məlum olub.

Publika.az xəbər verir ki, bu siyahıda ölkəmizi təmsil edən "Qarabağ" və "Qəbələ" də var.

"Qarabağ" ötən mövsüm Avroliqada ümumilikdə 3.308.303 avro gəlir əldə edib. Bu gəlirin 2,4 milyonu Ağdam təmsilçisinin qrup mərhələsinə vəsiqə qazandığı üçündür. 524.600 avro qrup mərhələsindəki nəticələrə, 383.700 avro isə teleyayımdan əldə edilən gəlirdi.

"Qəbələ" isə qitəmiqyaslı turnirdə 3 022 565 avro qazanıb. "Qırmızı-qaralar" da "Qarabağ" kimi 2,4 milyon avronu qrup mərhələsində iştiraka görə qazanıb. Qrupdakı nəticələr isə əyalət təmsilçisinə 240.000 min avro qazandırıb. Teleyayımdan əldə edilən gəlir isə 382.565 avrodur.

Avropa Liqasında büdcəsini ən çox zənginləşdirən klub "Liverpul" olub. İngiltərə klubu 37,8 milyon avro qazanıb. Sonrakı yerləri isə "Tottenhem" (20,8 milyon avro), "Vilyarreal" (16,4 milyon avro) və "Latsio" (15,3 milyon avro) tutub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR