Son 12 ildə görünməmiş məğlubiyyət

Son 12 ildə görünməmiş məğlubiyyət
10:47 2 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun qarşılaşması "Barselona" üçün uğursuz nəticə ilə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya klubu son 12 ildə qrupdakı ən ağır məğlubiyyətini alıb.

"Mançester Siti" ilə səfər oyununda 1:3 hesabı ilə uduzan barselonalılar 2004-cü ildən sonra bu mərhələdə iki top fərqi ilə yenilməmişdilər. Kataloniyalıların sonuncu uğursuzluğu isə "Şaxtyor"la görüşdə qeydə alınmışdı. Həmin vaxt Ukrayna klubu 2 cavabsız qolla qalib gəlmişdi.
 
Qeyd edək ki, "Barselona" həm də tarixində ilk dəfə "Mançester Siti"yə uduzub. Bunadək 5 dəfə rəqibini məğlub edən ispaniyalılar 6-cı matçda buna üzülüblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR