UEFA “Qarabağ” və “Qəbələ”nin qazancını açıqladı

UEFA “Qarabağ” və “Qəbələ”nin qazancını açıqladı
10:47 2 Noyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+


UEFA ötən mövsüm Avropa Liqasında çıxış etmiş klubların qazanclarını açıqlayıb. Fanat.Az xəbər verir ki, ölkə çempionu “Qarabağ” “Qəbələ” ilə müqayisədə daha çox gəlir əldə edib.


Belə ki, ağdamlılar ümumilikdə 3.308.303 avro qazanıb. Bu məbləğin 2.400.000-i qrupda çıxışa, 524.000 avro göstərilən nəticələrə təyin olunubsa, yerdə qalan 383.703 avro isə teleyayıma görə qazanılıb.

 

“Qəbələ”nin gəliri isə ümumilikdə 3.022.565 avro təşkil edib. Bunun da 2.400.000 qruplara yüksəlmək üçün verildiyi halda,  “qırmızı-qaralar”ın nəticələrə görə qazancı 240.000, teleyayımdan əldə olunan vəsait isə 382.565 avrodur.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-qaraba-v-qblnin-qazancn-acqlad-t53828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR