Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koreya Respublikasında siyasi qalmaqal fonunda baş nazir dəyişib

Koreya Respublikasında siyasi qalmaqal fonunda baş nazir dəyişib

Date: 2 November 2016 10:52

Bakı. 2 noyabr. REPORT.AZ/ Koreya Respublikasının prezidenti Pak Kın He baş nazir vəzifəsinə Kim Byon Cunu təyin edib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, bu postda Hvan Qyo Anı əvəz edib.
Bundan əlavə, Maliyyə Xidmətləri Komissiyasının rəhbəri İim Con Yun maliyyə naziri təyin edilib. İctimai Təhlükəsizlik Nazirliyinin rəhbəri postuna isə Pak Sın Çju təyinat alıb.
Qeyd edək ki, hökumətdəki dəyişikliklər ölkə prezidenti və onun rəfiqəsi Tsoy Sun Silin adının hallandığı qalmaqalla bağlı yaranmış ictimai təzyiq nəticəsində baş verib.

Tags:  Koreya Respublikasında siyasi qalmaqal fonunda baş nazir dəyişib

RƏYLƏR


Top news