“C planı” dövriyyədə - Müharibə hər an başlaya bilər

“C planı” dövriyyədə - Müharibə hər an başlaya bilər
10:58 2 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün “C” planını tətbiq etməyə hazırlaşır.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə tutur.

Qeyd edək ki, dünən Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməyə başlayıb. Məlumata görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.

Daha əvvəl isə ölkə prezidenti Rəcəb Tayip Ərdoğan İraqla sərhəddə hərbi qüvvənin artırıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər şiə qüvvələri İraq türkmanlarının yaşadığı Telaferə daxil olarsa, Türkiyə “başqa cavabı” verə bilər. Türkiyənin müdafiə naziri Fikri İşık da “hər ehtimala hazır olmalıyıq” deyib.

Son məlumatlara görə, “Haşdi Şabi” şiə birliyi İŞİD-in İraq-Suriya əlaqəsini kəsmək üçün təxminən 100 min türkmanın yaşadığı Telafer istiqamətində əməliyyata başlayıb.

Dünən İraqın baş naziri Haydar əl-İbadi Türkiyənin İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməsini şərh edib. O, Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib.

“Türkiyənin İraqa hər hansı hücumu öz çöküşünə səbəb olacaq”, - baş nazir deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR