Azərbaycan və Belarus mütəxəssisləri Bakıda təhsil sahəsində seminar keçirəcək

Azərbaycan və Belarus mütəxəssisləri Bakıda təhsil sahəsində seminar keçirəcək
11:07 2 Noyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycanın məktəb rəhbərləri üçün seminar keçiriləcək.
"Report" xəbər verir ki, bununla əlaqədar Belarusun Uşaq və Gənclər Milli Bədii Yaradıcılıq Mərkəzinin bədii direktoru Nadejda Vasilçenkonun rəhbərliyi ilə Bakıya işçi qrupu gələcək.
Noyabrın 14-17-də Azərbaycanın Milli Elmlər Akademiyasında keçiriləcək seminarda Azərbaycan və Belarus mütəxəssislərinin iştirakı ilə innovativ tədris metodları, məktəbdənkənar işin təşkili və s. haqqında fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, işçi qrupu Bakı Slavyan Universitetinə baş çəkəcək və Belarus mərkəzinin fəaliyyəti ilə tanış olacaq. Belarus nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini ziyarət edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-ve-belarus-mutexessisleri-bakida-tehsil-sahesinde-seminar-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR