Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması ilə bağlı iş aparılır

Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması ilə bağlı iş aparılır

"Korvalol"un, "Sitramon"un satışına məhdudiyyət qoyulub? (13 Fevral 2017 18:12)

Tarix: 2 Noyabr 2016 11:07

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakının Pirallahı qəsəbəsində təməli qoyulan əczaçılıq zavodunda təxminən 80 adda dərman istehsal ediləcək. ”Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zavodun inşasına 74 mln. ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur: “Təxminən 2 ildən sonra bu zavod işə düşəcək. Müəssisənin inşası, Azərbaycanın dərman idxalından asılılığının aradan qaldırılması istiqamətində ilk addımdır”.
Nazir qeyd edib ki, hazırda əlavə olaraq bir neçə dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə bağlı iş aparılır: “Bu istiqamətdə Rusiya, Türkiyə və bəzi Avropa şirkətləri ilə danışıqlar gedir". 

Teqlər:  Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması bağlı aparılır



RƏYLƏR


Top xəbərlər