Finalçı 5-ci, yarımfinalçı 1-ci oldu

Finalçı 5-ci, yarımfinalçı 1-ci oldu
11:17 2 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2015-16 mövsümündə Çempionlar Liqasında ən çox qazanc əldə edən klubların siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son çempion "Real" maddi gəlir baxımından ikinci olub.

Maraqlıdır ki, yarımfinalda məhz Madrid klubuna məğlub olaraq mübarizəni dayandıran "Mançester Siti" büdcəsinə ən çox pul əlavə edən komanda olub. İlk "3-lüy"ü ötən mövsüm 1/8 finalda uduzaraq, ÇL-lə vidalaşan "Yuventus" qapayıb. Son finalçı "Atletiko" isə 5-ci yerlə kifayətlənməli olub.
 
Qitə futbol qurumu ötən mövsüm Çempionlar Liqasında iştirak edən klublara ümumilikdə 1 milyard 345 milyon dollar pul köçürüb. Kimin nə qədər qazanması isə turnir boyu göstərilən nəticələrə və teleyayım gəlirlərinə görə hesablanıb.
 
İlk "10-luq":
1. "Mançester Siti" - 83 milyon 853 min
2. "Real" - 80 milyon 67 min
3. "Yuventus" - 76 milyon 256 min
4. PSJ - 70 milyon 803 min
5. "Atletiko" - 69 milyon 665 min
6. "Çelsi" - 69 milyon 174 min
7. "Roma" - 68 milyon 461 min
8. "Bavariya" - 64 milyon 391 min
9. "Barselona" - 56 milyon 552 min
10. "Arsenal" - 53 milyon 423 min
 
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" ötən mövsüm Avrokubokdakı çıxışına görə 3 milyon 308 min 303 avro, "Qəbələ" isə 3 milyon 22 min 565 avro gəlir əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR