Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda sevgilisini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Bakıda sevgilisini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Date: 2 November 2016 11:22

Bakıda 22 yaşlı qızı qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayevin cinayət işi üzrə Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Milli.Az


Tags:  Bakıda sevgilisini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

RƏYLƏR


Top news