Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kişi su pərisinə AŞİQ OLDU və... - Dəniz gözəlləri haqda YENİ FAKTLAR (FOTO/VİDEO)

Kişi su pərisinə AŞİQ OLDU və... - Dəniz gözəlləri haqda YENİ FAKTLAR (FOTO/VİDEO)

Date: 2 November 2016 11:23

Dünyaca məşhur “Animal Planet”in okean və dənizlərdə yarı insan - yarı balıq formasında yaşayan su pəriləri ilə bağlı sənədli filmi suyun altında qeyri-adi varlıqların olub-olmaması mövzusunu yenidən müzakirə mövzusuna çevirib.

Publika.az xəbər verir ki, Beynəlxalq Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarə okean və dənizlərdə qeyri-adi canlının – su pərisinin olması barədə iddiaları rədd edib. Amma ayrı-ayrı vaxtlarda dənizçilərin aşkarladıqları faktlar, üzləşdikləri hadisələr bunun əksini deyir.

Məsələ burasındadır ki, su pərilərinin olması haqda iddialar əsrlər əvvəl ortaya çıxıb. Bu iddialardan ən məşhuru Amerika qitəsini kəşf edən ilk səyyah, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətdən biri olan Kristofor Kolumbla (1451-1506) bağlıdır. O, hələ 1493-cü ildə Haiti adası yaxınlığında su pərilərinin olduğunu bildirib. Lakin Kolumb və onun dənizçilərinin sularda gördükləri qeyri-adi canlılar rəvayətlərdə və nağıllarda deyildiyinin əksinə olaraq gözəl simalı, cəlbedici su pəriləri deyildi. Hətta qızdan daha çox oğlana bənzəyirdilər.

Kolumbun söylədikləri bir yana, “Amerikanın Təbii Tarix Muzeyi”ndə də “dəniz qızları”, başqa sözlə desək, su pərilərinin mövcudluğu haqda faktlar mövcuddur. Amerikalı kapitan Con Smit dəniz səyahəti zamanı gördüyü su pəriləri haqda bunları deyib: “Kanadada, Nyufaundland (“Newfoundland”- A.T.) adası yaxınlığında göy gözlü, yaşıl saçlı bir dəniz qızı gördüm. Hətta onun belinin aşağı hissəsini balıq olduğunu görənə qədər o qıza aşiq olmuşdum”.

ABŞ-la yanaşı, Yunanıstanda mənbələrində su pəriləri haqqında müəyyən qeydlər var. Yunan dənizçilərinin xatirələrinə əsasən yazılan mənbələrdə onlar iki quyruğu olan dəniz varlıqları kimi qeyd olunurlar.

Su pəriləri ilə bağlı iddialara və faktlara yaxın zamanlara qədər rast gəlinir. Məsələn, 2004-cü ildə Hindistanın Çennai kəndində baş vermiş sunamidən sonra qəribə varlığın sümükləri ortaya çıxdı. Bəziləri bunun su pərisi olduğunu iddia etdi. Sunami zamanı özünü sahilə atmış bu canlının sümükləri hazırda da "Egmore" muzeyində sərgilənir.

Bu siyahıya 2012-ci ildə Zimbabvedə baş vermiş növbəti hadisəni də qatmaq olar. Belə ki, depo inşasını həyata keçirən işçilər su pərilərini gördüklərini deyərək tikinti işlərini yarımçıq saxladılar. Əgər bu, bir işçi tərəfindən deyilsəydi, ona qarabasma, vahimə, qorxu-filan bəhanələri ilə don geydirmək olardı. Məsələ burasındadır ki, bütün işçilər su pərilərini gördüklərini iddia edirdilər.

Sadalanan faktlardan müxtəlif suallar ortaya çıxır: Su pəriləri, bəşəriyyətin varlığından xəbəri olmadığı dəniz qızları doğrudanmı mövcuddurmu? Əgər onlar mövcud deyildirsə, bəs onda ayrı-ayrı vaxtlarda, dünyanın müxtəlif ölkələrinin dəniz sahillərində aşkar edilən, hətta qalıqları muzeylərdə sərgilənən qeyri-adi varlıqlar hardandır?

Anar Tağıyev









Tags:  Kişi su pərisinə AŞİQ OLDU Dəniz gözəlləri haqda YENİ FAKTLAR FOTOVİDEO

RƏYLƏR


Top news