Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qumarbazı qətlə yetirənin məhkəməsi başladı

Qumarbazı qətlə yetirənin məhkəməsi başladı

Date: 2 November 2016 11:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.

İttihama görə, Maştağa qəsəbəsində qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Ş.Abbasquliyev olduğu müəyyən edilib və o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, qətlə yetirilən İ.Ağayev Bakıda qumarbaz kimi tanınıb.

Milli.Az


Tags:  Qumarbazı qətlə yetirənin məhkəməsi başladı

RƏYLƏR


Top news