Nazir: "İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib"

Nazir: "İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib"
11:32 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycandan mal ixracı ilə məşğul olan sahibkarlara vəd edildiyi kimi ixrac etdikləri malın dəyərinin 3-6%-i qədər ödəniş veriləcək. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadyyat naziri Şahi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, artıq iki sahibkar bu məqsədlə İqtisadiyyat Nazirliyinə müraciət edib.
Ş.Mustafayev “Made in Azerbaijan” brendinin tanınması ilə bağlı görülən işlər barədə də danışıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Azərbaycanın 3 ölkədə - Rusiya, Çin və BƏƏ-də ticarət nümayəndəliklərinin açılacağını deyib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/nazir-i-xracla-mesgul-olan-iki-sahibkar-odenis-ucun-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR