Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Arsenal”, “Atletiko”, “Bavariya” və PSJ 1/8 finalda - Onlara qoşulan olacaqmı?

“Arsenal”, “Atletiko”, “Bavariya” və PSJ 1/8 finalda - Onlara qoşulan olacaqmı?

Date: 2 November 2016 11:38

Çempionlar Liqasında 1/8 finala ilk vəsiqələr sahibini tapıb. Qrup mərhələsinin 4-cü turunun ilk oyun günündən sonra 4 komanda növbəti mərhələyə yüksəlib. A və D qruplarında ilk iki yerin sahibləri bəlli olub. Bu qruplarda son iki yeri tutan komandalar Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq. A qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa), D qrupunda isə “Atletiko” (İspaniya) və “Bavariya” (Almaniya) ilk iki yerdən birini təmin edib. Onlara daha hansı komanda və ya komandaların qoşulmasına bu gün aydınlıq gələcək.

Publika.az xəbər verir ki, bu gün E, F, G və H qruplarında keçiriləcək 8 oyunla 4-cü tura yekun vurulacaq.

Çempionlar Liqası. Qrup mərhələsi, 4-cü tur

2 noyabr

E qrupu

23:45 Monako (Fransa) – MOİK (Moskva, Rusiya)

23:45 Tottenhem (İngiltərə) – Bayer (Almaniya)

Monako – 5. Tottenhem – 4. Bayer – 3, MOİK – 2.

F qrupu

23:45 Borussiya D (Almaniya) – Sportinq (Portuqaliya)

23:45 Legiya (Polşa) – Real (İspaniya)

Borussiya D – 7. Real – 7. Sportinq – 3. Legiya – 0.

G qrupu

23:45 Kopenhagen (Danimarka) – Lester (İngiltərə)

23:45 Porto (Portuqaliya) – Brügge (Belçika)

Lester – 9. Kopenhagen – 4. Porto – 4. Brügge – 0.

H qrupu

23:45 Sevilya (İspaniya) – Dinamo Z (Xorvatiya)

23:45 Yuventus (İtaliya) – Lion (Fransa)

Yuventus – 7. Sevilya – 7. Lion – 3. Dinamo Z – 0.


Tags:  Arsenal Atletiko Bavariya PSJ 18 finalda Onlara qoşulan olacaqmı

RƏYLƏR


Top news