"Xəzər Lənkəran" azarkeşlərinin sevimlisinə təkliflər var

"Xəzər Lənkəran" azarkeşlərinin sevimlisinə təkliflər var
11:57 2 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb. Bu barədə "Report"a rumıniyalı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.

Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb. 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquot-azarkelrinin-sevimlisin-tkliflr-var-t53834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR