Ümumdünya yəhudi konresinin prezidenti: "İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir"

Ümumdünya yəhudi konresinin prezidenti: "İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir"
12:05 2 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir. Milli.Az Trend-ə istinadən bildirir ki, Ümumdünya yəhudi konqresinin prezidenti Ronald Lauder prezident İlham Əliyevin dünyada baş verənləri yaxşı başa düşən dövlət liderlərindən olduğunu qeyd edib.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinn rəhbəri Arye Qutun məqaləsində qeyd olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan və İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

R.Lauder həmçinin, Azərbaycanda yəhudi icmasına münasibətin yüksək olduğunu qeyd edərək deyib: "Ümumdünya yəhudi konqresinin prezidenti olaraq mən Azərbaycan xalqını, eləcə də Azərbaycan hökumətinin yəhudi icmasına səmimi münasibətini yüksək dəyərləndirir və Azərbaycan prezidentinə dərin minnətdarlığımı çatdırıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR