Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Arvadını atıb 15 yaşlı baldızını qaçıran kürəkənlə bağlı ŞOK QƏRAR

Arvadını atıb 15 yaşlı baldızını qaçıran kürəkənlə bağlı ŞOK QƏRAR

Arvadını bıçaqlayan ər: "Gündə 7 dəfə yad kişi ilə..." - FOTO (27 Fevral 2017 12:42)
Yarıçılpaq arvadını "Xəbərlər"də görən kişi "dəli oldu" - FOTO (18 Fevral 2017 13:28)
Rusiyada avtomobil qaçıran şəxs Azərbaycanda tutulub (18 Fevral 2017 11:37)

Tarix: 2 Noyabr 2016 12:05

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva ailəsinə qaytarılıb.

Milli.Az bildirir ki, Cəlilabad Rayon Polis şöbəsindən publika.az-a verilən məlumata görə, oktyabrın 31-də tapılan qız ifadə verəndən sonra ailəsinə təhvil verilib.

A.Nağıyevanın atası Ramil Yusifov isə mətbuata qızının onlara deyil, dayısına təhvil verildiyini deyib. Polis idarəsindən bildirdilər ki, qız dindirilərkən onun atası, anası və bacısı bölməyə gəliblər. Dindiriləndən sonra ailəyə təhvil verilib: "Qız ilkin ifadəsindən evdən tək getdiyini desə də, sonradan bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçdığını etiraf edib. Onun sözlərinə görə, bu müddət ərzində Bakıda, Nərimanov rayonu ərazisində qalıblar. Sonra valideynlərinin onu axtardığını eşidib geri qayıtmaq istəyib. Əslində o, ailəsi ilə qalmaq istəmir. Sadəcə bu axtarışlara son vermək üçün geri qayıdıb. Bacısının yoldaşı ilə getməyindən peşman da deyil".
Polis idarəsindən verilən məlumata görə, A.Nağıyeva rayon ərazisində polislər tərəfindən saxlanılıb. O, saxlanılarkən özünün də elə polisə getmək istədiyini deyib.
Polis idarəsindən bildirilib ki, ailə şikayətçi olmadığına görə, Məmmədov Ələmdar Əli oğlu axtarılmır: "Əvvəldən ailə qızın axtarışı barədə müraciət etmişdi. Biz də yalnız qızı axtarırdıq. Bundan sonra yalnız ailə şikayətçi olarsa, Ə.Məmmədov axtarıla bilər. Lakin qız hələ ki, evdən bezdiyi üçün getdiyini və kürəkənin ona sadəcə kömək etdiyini deyir".
Məmmədrazalı kənd sakinləri də A.Nağıyevanın hazırda atasının evində olduğunu dedilər.

Milli.Az


Teqlər:  Arvadını atıb 15 yaşlı baldızını qaçıran kürəkənlə bağlı ŞOK QƏRAR



RƏYLƏR


Top xəbərlər