Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İndoneziya sahillərində gəmi qəzaya uğrayıb, 21 sərnişin ölüb, 34-ü itkin düşüb

İndoneziya sahillərində gəmi qəzaya uğrayıb, 21 sərnişin ölüb, 34-ü itkin düşüb

Date: 2 November 2016 12:07

Bakı. 2 noyabr. REPORT.AZ/ İndoneziyanın Batam adası sahilləri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində 21 nəfər ölüb, 34 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda yerli səhiyyə idarəsinin nümayəndəsi məlumat verib.
İnformasiyaya görə, 38 sərnişin xilas edilib.
Gəmi Malayziyanın Coxor-Baru limanından İndoneziya istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, güclü külək və dalğalar gəmini çevrib. Bununla yanaşı, qəzanın baş verməsinin əsas səbəblərindən biri kimi İndoneziyaya işçi-miqrant daşıyan gəminin həddindən çox yüklənməsi göstərilir. 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Tags:  İndoneziya sahillərində gəmi qəzaya uğrayıb 21 sərnişin ölüb 34-ü itkin düşüb

RƏYLƏR


Top news