Liviya və Nigeriya oktyabrda neft hasilatını artırıb

Liviya və Nigeriya oktyabrda neft hasilatını artırıb
12:07 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ OPEC təşkilatı üzvü olan Liviya və Nigeriya oktyabr ayında neft hasilatını gündəlik 800 min barel artırıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrda Liviyanın neft hasilatı 466 min barel/günə çataraq son iki ilin maksimal həddənə yüksəlib. Nigeriyada isə neft hasilatı 2,1 mln. barel/günə çatıb.
İsveçrənin "UBS" bankının analitiki Covanni Staunovo (Giovanni Staunovo) bildirib ki, Liviya və Nigeriyanın hasilatı artırması OPEC-in neft bazarının sabitləşdirilməsi planlarına nail olmasını çətinləşdirir: "Kartel hasilatın azaldılmasından danışsa da, biz ancaq onun artdığını müşahidə edirik".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/liviya-ve-nigeriya-oktyabrda-neft-hasilatini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR