Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda minlərlə adama televiziya əngəli

Azərbaycanda minlərlə adama televiziya əngəli

Date: 2 November 2016 12:08

Noyabrın 1-dən rəqəmli yayıma keçəndən sonra 14-11 nömrəli “Qaynar xətt” xidmətinə 1500-ə qədər zəng daxil olub.

Bu barədə Publika.az-a Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki,müraciətlər əsasən dekoderlərin alınması və istifadəsi ilə bağlı olur: “Bir çox ailələr dekoderlə işləyə bilmir. Bunlar əsasən, yaşlılardır. Dekoderləri quraşdırmaq üçün telefonla kömək edirik. Həmçinin bəzi ailələrdə yeni nəsil televizor aparatı var, lakin yayımı dəstəkləmir. Dekoderi hardan alacağını bilməyənlər də var. Bəziləri isə rəqəmli yayımın tətbiqindən xəbərsiz olanlardır. Televizora baxdığım yerdə nə üçün dayandı, deyə soruşurlar. Onlara da vəziyyəti izah edirik”.

Şöbədən bildirilib ki, 1500-ə qədər zəng yalnız 14-11-ə olunanlardır, digər şöbələrə də rəqəmsal yayımla bağlı müraciətlər olur. Onların hələ tam statistikası aparılmayıb.

Qeyd edək ki, ötən gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron yarımadasında anoloq yayım dayandırılıb.

Gülxar


Tags:  Azərbaycanda minlərlə adama televiziya əngəli


RƏYLƏR


Top news